Evi yandı, nağd yığdığı pul əmanəti gözlərinin önündə kül oldu


Mənzildə baş verən yanğın zamanı ev sahibinin nağd yığdığı pul əmanəti yanıb külə dönüb.


AFN.az hadisə Türkiyədə baş verib. Kocaelinin Derince rayonunda iki mərtəbəli binanın damında baş verən yanğın nəticəsində ev sahibinin 30 min TL-lik əmanət pulu gözləri qarşısında külə dönüb. Yanğının baş vermə səbəbi məlum olmasa da, qısa zamanda bütün damı əhatə edib.

Həmin vaxt ev sahibi eşitdiyi partlayış səslərindən sonra bayıra qaçıb. Ünvana yanğınsöndürən, sağlamlıq və polis qrupları çağırılıb. Yanğın nəzarət altına alınsa da, binanın dam örtüyünə ziyan dəyib.

Digər tərəfdən damda saxlanan 30 min TL nağd pul yanaraq yararsız hala düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu