Ərindən qaçan qadınla övladını maşın vurdu - Uşaq öldü


Bu gün sosial şəbəkələrdə Bakının Balaxanı qəsəbəsində qadınla azyaşlı övladının əri tərəfindən şiddətə məruz qalması ilə bağlı görüntülər yayılıb.


Görüntüdə kişinin qadını təpiklə vurduğu və onun dalınca qaçdığı, daha sonra isə qadın və azyaşlı övladının özünü maşının önünə atdığı görünür.

5 yaşlı uşaq taksi fəaliyyəti ilə məşğul olan Qocayev Tərxan Elşən oğlunun etibarnamə əsasında idarə etdiyi "Opel Astra" markalı avtomobillə vurulub və uşaq ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq aparılır.

***

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, azyaşlını avtomobil vurmazdan əvvəl baş verən ailədaxili insidentlə bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.


Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu