Çilidə 5,9 bal gücündə zəlzələ baş verib


Cənubi Amerika ölkəsi Çilinin şimalında 5,9 bal gücündə zəlzələ baş verib.


Çili Milli Seysmologiya Mərkəzinin (CSN) məlumatına görə, episentri ölkənin Atakama bölgəsindəki Kaldera şəhərində olan 5,9 bal gücündə zəlzələ yerli vaxtla saat 15.13-də və yerin 22 kilometr dərinliyində baş verib.

Rəsmilər zəlzələdə can və ya mal itkisinin olmadığını açıqlayıb.

Dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Çili “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.

2010-cu il fevralın 27-də ölkədə baş verən 8,8 bal gücündə zəlzələ və onu müşayiət edən sunami nəticəsində 500-dən çox insan həyatını itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu