Mərakeşdə 5,1 bal gücündə zəlzələ baş verib


Mərakeşin şimalındakı Azilal bölgəsində 5,1 bal gücündə zəlzələ baş verib.


Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, səhər saatlarında baş verən zəlzələdə can və mal itkisi olmayıb.

İnstitutun prezidenti Nasır Cabur rəsmi televiziya kanalına verdiyi açıqlamada bu gün baş verən 5,1 bal gücündə zəlzələnin sentyabrın 8-də Əl-Huz bölgəsində baş verən 7 bal gücündə zəlzələnin davamı olduğunu qeyd edib.

Sentyabrın 8-nə keçən gecə Mərakeşin Əl-Huz şəhərində baş verən zəlzələdə 3 minə yaxın insan həyatını itirib, 6 mindən çox insan isə yaralanıb. Söz mövzusu zəlzələdə Azilal bölgəsində çox sayda insan tələfatı meydana gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu