Kolumbiyada torpaq sürüşməsi: azı 17 nəfər ölüb, 35 nəfər yaralanıb


Kolumbiyanın şimal-qərbində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi baş verib.


"Reuters" yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, hadisə nəticəsində azı 17 nəfər ölüb, 35 nəfər yaralanıb.

Cümə günü günorta saatlarında baş verən sürüşmə Sakit okeanın Çoco əyalətinin Quibdo və Medellin şəhərlərini birləşdirən hərəkətli avtomobil yolunu əhatə edib. Palçıq yolda olan bir neçə avtomobili tamamilə udduğu üçün neçə bir neçə nəfər itkin düşüb.

Yol Kolumbiyanın Milli Fəlakət Riskinin İdarə Edilməsi Bölməsi (UNGRD) tərəfindən bağlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu