Əfqanıstanda kamikadze hücumu nəticəsində 3 nəfər ölüb


Əfqanıstanın cənubundakı Qəndəhar əyalətində kamikadze hücumu nəticəsində 3 nəfər həyatını itirib.


Qəndəhar Polis İdarəsindən verilən açıqlamada səhər saatlarında "Kabil Bank"ın Qəndəhar şöbəsi yaxınlığında intiharçı hücumunun həyata keçirildiyi açıqlanıb.

Hücum nəticəsində 3 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilib.

Yaralılar ən yaxın xəstəxanalara çatdırılıb. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu