Yaponiyada qəzaya uğrayan iki hərbi helikopterin ekipaj üzvlərindən biri tapılıb


Yaponiyanın İzu arxipelaqı sahillərində qəzaya uğrayan Dəniz Özünümüdafiə Qüvvələrinə (MSDF) məxsus iki helikopterin ekipaj üzvlərindən biri ölü tapılıb.


MSDF-nin son açıqlamasına görə, dünən gecə arxipelaqdakı Torişimadan 270 kilometr şərqdə SH-60K tipli helikopterlərlə əlaqə kəsilib.

Hər iki helikopterdə 4 ekipaj üzvünün olduğu, axtarış tədbirləri zamanı indiyədək bir ekipaj üzvünün cəsədinin tapıldığı qeyd edilib.

Müdafiə naziri Kihara Minoru bildirib ki, bölgədə sualtı qayıq əleyhinə təlim zamanı helikopterlərin əlaqə kəsildikdən sonra bir-biri ilə toqquşması ehtimalı qiymətləndirilib.

Nazir Kihara SH-60K tipli helikopterlərin uçuşlarının dayandırıldığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu