Çində daşqın və torpaq sürüşməsi: 4 nəfər ölüb, 10 nəfər itkin düşüb


Ötən həftədən bəri ölkənin cənub bölgələrində, xüsusən də Çinin Quandun əyalətində təsirli olan güclü yağışların fəsadları artıb.


Yerli rəsmilər 3-ü Zhaoqin şəhərində və 1-i Şaoguan şəhərində olmaqla ən azı 4 nəfərin daşqın və torpaq sürüşmələri nəticəsində həyatını itirdiyini, Şaoguan və Qingyuan şəhərlərində itkin düşmüş kimi qeydə alınan 10 nəfərin axtarışlarının davam etdiyini açıqlayıb.

Şaoguan, Quançjou, Heyuan, Zhaoqin, Qingyuan, Meizhou və Huizhou şəhərlərində yaşayan təxminən 110 min insan sürüşmə və daşqın riski səbəbilə evlərindən təxliyə edilib, onlardan 25 min 800-ü sığınacaqlarda qalır.

Çinin cənub bölgələri ötən cümə axşamından etibarən mövsümi normadan artıq yağan güclü yağışların təsiri altında olub, daşqınlar və torpaq sürüşmələri bir çox binaları və kənd təsərrüfatı sahələrini yararsız hala salıb.

Ən azı 6 nəfərin yaralandığı, zərərçəkmiş ərazilərdə 140,6 milyon yuan (19,4 milyon ABŞ dolları) maddi ziyanın dəydiyi ictimaiyyətə açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu