Sürücü yanan avtomobildən son anda xilas edildi


ABŞ-ın Minnesota ştatında yanan avtomobildə olan sürücü ətrafdakılar tərəfindən son anda xilas edilib.


Ştatın paytaxtı Sent Paulda insanlar yanan avtomobildə sıxışıb qalan sürücünü xilas etmək üçün zamanla yarışıblar.

Sağ tərəfi alov içində qalan nəqliyyat vasitəsinin sürücüsü maneəyə görə qapını aça bilməyəndə ətrafdakılar onun köməyinə gəliblər. Ən azı 5 nəfər qapını zorla açmağa çalışsa da, müvəffəq ola bilməyiblər. Aaxırda çəkiclə maşının şüşəsini sındırmağa məcbur olublar.

Şüşə sındırıldıqdan sonra sürücü sürətlə avtomobildən çıxarılıb. Sürücü xilas edildikdən qısa müddət sonra bütün avtomobil yanıb.

Həkim qrupları tərəfindən xəstəxanaya çatdırılan sürücünün ciddi xəsarət almadığı və vəziyyətinin yaxşı olduğu öyrənilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu