Bakıda oteldə yanğın baş verib




Bakıda oteldə yanğın qeydə alınıb.



Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda “Emerald suite” hotelin beşmərtəbəli binasının zirzəmisində transformatorun sarğıları yanıb. Bina yanğından mühafizə olunub. Yanğın zamanı binadan 10 nəfər əcnəbi vətəndaş xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu