"Binə" ticarət mərkəzində baş verən yanğında 4 nəfər tüstüdən boğulub




Səhiyyə Nazirliyi "Binə” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.



Ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 1:10-da daxil olub:


"Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib. Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə KTM-in toksikologiya şöbəsinə çatdırılıb".

Qeyd edәk ki, "Binə” ticarət mərkəzində baş verən yanğın təxminən 2000-3000 kv.m sahəni əhatə edib.

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin sözlərinə görə, yanğının baş vermə səbəbi dəqiq bilinmir:

"Yanğının konkret hansı səbəbdən baş verməsi aparılan araşdırmalardan sonra bəlli olacaq və ictimaiyyətə ətraflı məlumat veriləcək. Həmçinin yanğın nəticəsində sahibkarlara dəymiş ziyan da hesablanacaq. Hazırda isə yanğının qarşısı alınıb və ərazidə soyutma işləri aparılır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu