Avropa çempionatları ləğv olundu


19 yaşadək qadınlar və kişilər arasında 2021-ci ildə keçirilməsi nəzərdə tutulan futbol üzrə Avropa çempionatları ləğv olunub.



Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Müvafiq qərar UEFA İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Sözügedən turnirlərin ləğv olunmasına koronavirus pandemiyası dövründə ölkələr arasında səyahət məhdudiyyətlərinin olması səbəb göstərilib.

UEFA rəhbərliyi bununla həm də yoluxmanın qarşısını almaq məqsədi güdüldüyünü bəyan edib. Bildirilib ki, hazırkı məqamda gənc futbolçuların sağlamlığı daha vacibdir.

Bizi Telegramda izləyin











AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu