Kriştianu Ronaldu məhsuldarlıq üzrə unikal rekorda imza atdı


"Yuventus" futbol komandasının hücumçusu Kriştianu Ronaldu İtaliya çempionatının "Spetsiya" ilə matçında fərqlənib.



“Report” xəbər verir ki, matç turinlilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qollardan birini Ronaldu vurub.

Bu, 36 yaşlı portuqaliyalının A Seriyasının cari mövsümündə 20-ci qolu olub.

Ronaldu artıq 12-ci dəfədir milli çempionatlarda azı 20 qol vurur. Bu, müasir futbolda mütləq rekorddur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu