Türkiyəli futbolçular Bakıda əlbəyaxa dalaşıb


Avro-2020-də uğursuz çıxış edən Türkiyə yığmasının İsveçrə ilə Bakı Olimpiya Stadionundakı oyundan əvvəlki məşqində gərginlik yaşanıb.


“CNN Türk” xəbər verir ki, komandanın hücumçuları Halil Dervişoğlu və Enes Ünal arasında yaranan mübahisə əlbəyaxa davaya gətirib çıxarıb.

Digər futbolçuların müdaxiləsindən sonra ara sakitləşib. Bundan sonra baş məşqçi Şenol Günəş hər iki oyunçuya xəbərdarlıq edib. Nəticədə İsveçrə ilə matçda meydana çıxmalı olan forvardlar ehtiyat oyunçular skamyasında oturmalı olublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu