UEFA "Qarabağ" - "Bazel" oyunu ilə bağlı Bakıya nümayəndə göndərəcək


UEFA "Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında Konfrans Liqasının qrup oyununun keçiriləcəyi stadionla bağlı Bakıya xüsusi nümayəndə göndərəcək.


Bu barədə Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, qitə futbol qurumunun əməkdaşı iki arenanın - Tofiq Bəhramov adına Respublika stadionu və Bakı Olimpiya Stadionunun (BOS) ot örtüyünə baxış keçirəcək: "Məhz bundan sonra görüşün oynanılacağı məkan dəqiqləşəcək. Biz qarşılaşmanın mərkəzi arenada keçirilməsini istəyirik. Amma böyük ehtimalla oyun BOS-a salınacaq".

Qeyd edək ki, sentyabrın 16-da gerçəkləşəcək "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu