Dünya çempionatı: Azərbaycanın şahmat yığması 1/4 finala yüksəlib


Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.


Tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı sonuncu - 5-ci qarşılaşmasında İspaniyanı sınağa çəkib. Oyun Azərbaycan şahmatçılarının 3,5:0,5 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran Azərbaycan qrupda 4-cü yeri tutaraq, 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Dünya çempionatı

V tur


Azərbaycan - İspaniya - 3,5:0,5

Günay Məmmədzadə - Anna Matnadze - 0,5:0,5

Gülnar Məmmədova - Sabrina Veqa Qutiyeres - 1:0

Ülviyyə Fətəliyeva - Mariya Floris - 1:0

Türkan Məmmədyarova - Marta Qarsiya - 1:0

Xal durumu: Rusiya - 10, Hindistan - 7, Ermənistan - 5, Azərbaycan - 4, Fransa - 2, İspaniya - 2.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 3-də yekun vurulacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu