Diniyev hakimləri söydü, ağır cəza aldı


AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


AFN.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqası ilə bağlı bir sıra qərarlar qəbul olunub. Həmin qərarları təqdim edirik:

Premyer Liqanın 21-ci turunun “Qəbələ” – “Keşlə” oyununda “Keşlə” klubunun futbolçusu Tərlan Quliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 36.1);

“Keşlə” klubunun 85 nömrəli futbolçusu Kamal Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 41.3);

XXI turun “Neftçi” – “Zirə” oyununda “Neftçi” klubunun futbolçusu Eddi İsrafilov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);
“Zirə” klubunun futbolçusu Coşqun Diniyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 41.3);

“Zirə” klubunun futbolçusu Ağabala Ramazanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olduğu üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 47.1, 75);

“Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu