Acunun klubu “Fənərbaxça"ya uduzdu - VİDEO


“Fənərbaxça” “TV8” kanalının rəhbəri Acun Ilıcalının sahib olduğu İngiltərə “Hall Siti”si ilə yoxlama oyunu keçirib.


AFN.az xəbər verir ki, Sakarya Atatürk Stadionunda keçirilən görüş İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 87-ci dəqiqədə Arda Güler, 89-cu dəqiqədə isə Serdar Dursun qapını dəqiq nişan alıb.

Qeyd edək ki, “Hall Siti” İngiltərə Çempionşipində mübarizə aparır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu