Messi Argentina millisində qollarına görə rekorda imza atıb


Argentina millisinin hücumçusu Lionel Messi Qətərdə keçirilən dünya çempionatında il ərzində milli komandanın heyətində vurduğu qolların sayına görə rekorda imza atıb.


AFN.az xəbər verir ki, Argentina və Xorvatiya yığmaları arasında görüş dünya çempionatının yarımfinal oyunu ərəfəsində 3:0 hesabı ilə argentinalıların xeyrinə başa çatıb. Messi penaltini dəqiq yerinə yetirib. Vurduğu qol onun 2022-ci ildə millidə 16-cı qoludur. Əvvəllər Messinin ən məhsuldar ili 2012-ci il olub və o, milli komanda üçün 12 qol vurub. Hücumçu həm də 11-ci qolunu vuraraq, dünya çempionatlarında qol sayına görə millinin rekordçusu olub.
2022-ci il dünya çempionatının finalında argentinalılar Fransa və Mərakeş milliləri arasında görüşün qalibi ilə oynayacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu