Kooperativ təsərrüfatların inkişafı üçün yollar axtarılır - LAYİHƏ




Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "İdrak" Elmin İnkişafına Dəstək İctimai Birliyi "Kənd təsərrüfatının inkişafında koorperativ təsərrüfatların rolu, yaradılması və faydaları" layihəsi çərçivəsində Kürdəmir rayonunda ictimai müzakirə keçirib.



Cebhe.info xəbər verir ki, ictimai müzakirə Kürdəmir şəhər Gənclər evinin akt zalında baş tutub.

Təşkilatın sədri və layihə rəhbəri Mirintiqam Həsənov tədbiri giriş sözu ilə açaraq iştirakçılara layihə haqqında geniş məlumat verib.

M.Həsənov əsas məqsədin kənd təsərrüfatının inkişafında kooperativ təsərrüfatların rolu, onun yaradılması və faydaları barədə əhalinin maarifləndirilməsi, onların hüquqi biliklər əldə etməsi və imkanların reallaşdırılmasına yardım etməkdir.

Layihənin eksperti Aqil Babayev öz çıxışında bildirdi ki, layihənin məqsədlərindən biri ölkənin kənd təsərrüfatındakı əsas vəziyyəti araşdırmaqla perispektivlərin öyrənilməsi və inkişaf etmiş dövlətlərdə fəaliyyət göstərən kənd təsərrüfatı kooperasiyası modellərinin Azərbaycanın aqrar sahəsində işləmə mexaniziminin tətbiq edilməsi üçün müvafiq dövlət qurumlarına tövsiyyələr hazırlamaqdır.

Layihənin digər eksperti Fərrux Əsgərov kooperasiyaların mövcud vəziyyətindən danışaraq bildirmişdir ki, kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti üçün ilkin hüquqi baza mövcud olsada aqrar sahədə kooperasiya zəif inkişaf etmişdir.Fermerlərin fərdiçiliyə üstünlük verməsi, kooperasiya hərəkatı üçün istehsalçıların təşəbbüskarlıq göstərməməsi,iqtisadi mexanizimlərin birgə təsərrüfatçılıq formasını yetərincə stimullaşdırmaması və bu sahədə pilot layihələrin həyta keçirilməməsi,torpaqların xırda hissələrə bölünərək pərakəndə yerləşməsi və sair səbəblər kənd təsərrüfatı kooperativlərinin inkişafını ləngitmişdir.

Daha sonra təqdim olunan layihə ətrafında müzakirələr keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu