Bitkoinin qiyməti 55 min dolları keçib


Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 55 min ABŞ dollarını keçib.


“Report” xəbər verir ki, kriptovalyuta 11,3 % bahalaşaraq 55,011 min ABŞ dollarına satılıb.

Dünyanın ən populyar kriptovalyutası bir həftə ərzində 31%-dən çox bahalaşıb.

Bitkoin ilə birlikdə digər kriptovalyutalar da bahalaşır. Belə ki, "Ethereum"un qiyməti ötən günlə müqayisədə 5,44% və bir həftə əvvəlki göstəricidən 26,2% çox olmaqla 3 608,49 ABŞ dolları təşkil edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu