Teymur Cəfərov: "İlk olaraq Ağdam və Şuşa qazlaşdırılacaq"


“İşğaldan azad olunan ərazilərdə qaz sayğacları quraşdırıldıqdan sonra sözsüz ki, abunəçilərə müəyyən kodlar veriləcək".


AFN.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bu gün təşkil olunan "Açıq qapı" aksiyasında deyib.

Onun sözlərinə görə, bu, qazlaşma işi yekunlaşdıqdan sonra olacaq.

O qeyd edib ki, azad olunan ərazilərdə qazlşama işi ilə əlaqədar hazırda yalnız layihələndirmə işləri görülür: "İlk olaraq Ağdam və Şuşanın qazlaşdırılmasından söhbət gedir.

Bundan başqa, işğaldan azad olunan əraizlərdən daxil olan zəngləri cavablandırmaq üçün də operatorlar ayrılacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu