ABŞ Qazaxıstan neftinin Azərbaycandan nəqlini müzakirə edir


“Qazaxıstan neftinin ixracı üçün alternativ yollarının axtarışı gündəlikdə duran mühüm məsələdir”.


AFN.az-ın məlumatına görə, ABŞ-ın Qazaxıstandakı yeni səfiri Daniel Rozenblum jurnalistlərlə görüşü zamanı belə deyib. Səfirin sözlərinə görə, ABŞ enerji şirkətləri Qazaxıstan hökuməti ilə neftin ixracının alternativ yollarının tapılması məsələsini fəal şəkildə müzakirə edir.
“Nəzarət etdiyimiz məsələlərdən biri də sanksiyalar çərçivəsində Rusiyadan neft və ehtiyatların ixracıdır. Qazaxıstan ixracatının arzu olunan ünvana çatması üçün Aİ, ABŞ və Qazaxıstan arasında koordinasiya lazımdır. Bu problemin həlli üçün əsas amil Qazaxıstandan neft məhsullarının alternativ marşrutlarla daşınmasıdır. Bu, ciddi problemdir”- deyə Daniel Rozemblyum əlavə edib.
Səfir indiyədək əldə edilmiş razılaşmaları, o cümlədən Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqlinə dair razılaşmanı bu problemin həllində ilk addım adlandırıb.
Qeyd edək ki, noyabrın 10-da baş nazir Əlixan Smaylov 2023-cü il yanvarın 1-dən Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 1,5 milyon ton neft ixracına başlayacağını bildirib. Bundan başqa, gələcəkdə onun həcminin 6,5 milyon tona çatdırılması məsələsi də nəzərdən keçirilir. Smailovun sözlərinə görə, hökumətin neft ixracının şaxələndirilməsi üçün xüsusi yol xəritəsi var. Bakı-Tbilisi-Ceyhanla yanaşı, Bakı-Supsa və Bakı-Batumi marşrutlarını da əhatə edir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu