Zəlzələdən sonra fəaliyyəti dayandırılan Ceyhan terminalı işə başlayıb


Türkiyədə baş verən zəlzələdən sonra fəaliyyətini dayandıran Ceyhan ixrac neft terminalına ilk tanker qəbul edilib.


AFN.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. İlk tanker İraq nefti ilə yüklüdür. Fevralın 6-da baş verən təbii fəlakətdən sonra ilk dəfə “Vallesina” tankerinə İraq neftini yükləmək üçün Ceyhan ixrac terminalına daxil olmağa icazə verilib.

İki gün əvvəl Türkiyədə baş verən güclü zəlzələdən sonra Ceyhan neft terminalında əməliyyatlar dayandırılıb. Ceyhan neft terminalı ölkənin cənubunda, zəlzələnin episentrindən 155 kilometr məsafədə yerləşir.

Qeyd edək ki, Türkiyənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu