Dünya dollardan tədricən imtina edir - BVF rəhbəri


Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva dünyada dollardan tədricən imtina edildiyini açıqlayıb.


AFN.az bu haqda xarici mediaya istinadən xəbər verir. Bildirilir ki, Georgiyeva bu gün Vaşinqtonda Milken Analitik İnstitutunun yerində keçirilən tədbirdə iştirak edərkən bildirib ki, dünya ticarətində dollardan istifadədən imtina tendensiyası var. BVF rəhbəri eyni zamanda əlavə edib ki, onun üçün hələlik alternativ yoxdur.

Əvvəllər Kristalina Georgieva qlobal iqtisadiyyatın zəifliyi səbəbindən qaçılmaz bumun olacağını proqnozlaşdırmışdı. Onun sözlərinə görə, qlobal iqtisadiyyat 2008-ci il qlobal maliyyə böhranının təkrarına yaxınlaşmır. "Lakin ABŞ və İsveçrədə bank sektorunda problemlər var" - deyə Kristalina Georgiyeva qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu