Yaponiya ABŞ şirkətinin Xirosimadakı obyektlərinə 192 milyard yen subsidiya verəcək


Yaponiya tədarük zəncirlərini gücləndirmək üçün ABŞ-ın çip istehsalçısı "Micron Technology" şirkətinin Xirosimadakı obyektlərinə 192 milyard yen (1,3 milyard dollar) subsidiya verəcək.


Avtomobillərdən tutmuş smartfonlara, planşetlərdən oyun konsollarına qədər bütün dünyada istehsalçıların üzləşdiyi yarımkeçirici çip çatışmazlığı hökuməti və iş dünyasını investisiya qoymağa məcbur edir.

Yaponiyanın İqtisadiyyat, Sənaye və Ticarət naziri Nişimura Yasutoşi ABŞ-ın çip istehsalçısı "Micron Technology"nin Xirosimadakı obyektləri üçün yeni subsidiya planını açıqlayıb.

ABŞ şirkətinin Xirosima obyektləri üçün 192 milyard yen (1,3 milyard dollar) subsidiya verəcəklərini ifadə edən Nişimura, "Tələb artımının gözlənildiyi sahəyə investisiya etmək vacibdir" - deyə bildirib.

"Micron Technology" Yaponiyaya 500 milyard yenə qədər sərmayə qoymağı planlaşdırdığını və qabaqcıl yarımkeçiricilərin istehsalı üçün bu ölkəyə qabaqcıl ultrabənövşəyi (EUV) litoqrafiya maşınlarını gətirən ilk istehsalçı olacağını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu