Bakıda kişi özünü “Maşın bazarı”nda qumbara ilə partlatdı


Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.


Hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın bazarı” adlanan ərazidə qeydə alınıb. Axtarışda olan şəxs “Maşın bazarı” adlanan əraziyə gələrək özünü partlatmaq istəyib. Həmin şəxs zərərsizləşdirilən zaman o, qumbaranı işə salaraq özünü partladıb.

Hadisə zamanı üç nəfər polis əməkdaşı da xəsarət alıb.

Hazırda hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerinə cəlb olunub.(APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu