Kürdəmirdə qardaş bacısını qətlə yetirib - FOTO


Kürdəmir rayonunda qətl hadisəsi baş verib.


Hadisə rayonun Ü.Hacıbəyov küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini Şıxəliyev Xəyal Təbriz oğlu aralarında yaranan ailə münaqişəsi zəmnində bacısı, 35 yaşlı Nəsirova Dilarə Təbriz qızına çoxsaylı bıçaq xəsarəti yetirib.

Ağır xəsarətlər alan yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

D.Nəsirovanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.(Report)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu