Türkiyədə rus qadın bıçaqlanaraq öldürüldü


Türkiyənin Əskişəhərində, Təpəbaşı rayonunda axşam saatlarında Atila Sarıhan mübahisə etdiyi rus arvadını bir neçə dəfə bıçaqlayaraq öldürüb.


Evində əlində bıçaqla tutulan Sarıhan saxlanılıb.

Rusiya əsilli 55 yaşlı E.S mübahisə zəminində 50 yaşlı həyat yoldaşı tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə axşam saatlarında Tepebaşı rayonu Uluöndər məhəlləsində Ümran küçəsində yerləşən mənzilin 5-ci mərtəbəsində baş verib. Naməlum səbəbdən Atila Sarıhanla rus həyat yoldaşı E.S arasında mübahisə düşüb.

Mübahisənin böyüməsi nəticəsində Sarıhan mətbəxdən götürdüyü bıçaqla həyat yoldaşı S.-yə çoxsaylı bıçaq zərbələri endirib. Qonşuların səsləri eşidəndən sonra hadisə yerinə gələn polis və sağlamlıq qrupları tərəfindən aparılan nəzarətdə E.S-nin öldüyü müəyyən edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu