Azərbaycanda “Metaflix” platforması fəaliyyətə başlayır


Azərbaycanda film və serial sahəsində fəaliyyət göstərəcək “Metaflix” adlı müasir standartlara uyğun yeni internet platforması yaradılır.


AFN.az xəbər verir ki,bir neçə ildir ki, üzərində işlənilən bu layihə yerli və xarici istehsalın məhsulu olan filmləri nümayiş etdirməklə yanaşı, həm də platformanın təşkilatçılığı ilə istehsal olunacaq audiovizual məhsullar təqdim edəcək. Layihənin məqsədi, ölkənin internet məkanında müasir kino və serial istiqamətində yerli istehsalçıları stimullaşdırmaq, bu çərçivədə yaradıcı qüvvələri fəaliyyətə cəlb etmək, gənclərin bu sahəyə olan marağını artırmaqdır.

Bir neçə kateqoriyadan ibarət olacaq platformada:

– Yerli audiovizual materiallar;

– Xarici audiovizual materiallar (dublyaj və altyazı ilə) ;

– Azyaşlılar üçün nəzərdə tutulmuş audiovizual materiallar;

– Müxtəlif profilli xüsusi layihələr;

– “CineLab” layihəsi çərçivəsində həyata keçirilən eksperimental yaradıcılıq işləri yer alacaq;

Platforma istifadəyə verilərkən eksklüziv olaraq məhz “Metaflix” üçün çəkilmiş və heç bir yerdə bu zamana qədər yayınlanmayan bir neçə film – “İstintaq”, “Sən olsaydın”, “Zəfər günü” , “Gözlənilməz qonaq”, “Feminist” izləyicilərə təqdim olunacaq. Eyni zamanda ölkə kinoteatrlarında nümayiş olunan filmlərin internet məkanında ilk olaraq məhz bu tətbiqdə geniş izəyici kütləsinə təqdim olunması nəzərdə tutulur.

Qeyd edək ki, “Metaflix” internet mekanında həm sayt kimi (metaflix.az/ metaflix.ru) həm də tətbiq kimi ( Android və İos sistemində ) fəaliyyət göstərəcək.

Platformanın fəaliyyəti dövründə gənclərin maariflənməsi və milli, vətənpərvərlik ruhunun inkişafı məqsədilə müxtəlif dövlət qurumları, idarə və müəssisələr ilə birgə layihələr nəzərdə tutulur. Növbəti mərhələlərdə mədəniyyətimizi ölkə hüdudlarından kənarda tanıtdırmaq və Azərbaycan həqiqətlərini bədii formada dünyaya çatdırmaq üçün xarici media orqanları ilə də işbirliyi nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu