Yeni Supermeni canlandıracaq aktyor bəlli olub


Henry Cavillin bir daha Supermeni canlandırmayacağı açıqlandıqdan sonra yeni Supermen rolunu kimin oynayacağı bəlli olub.


Batman, Supermen, Aquaman və Wonder Woman kimi personajların yer aldığı DC kino kainatı yeni dövrə qədəm qoyur. Henry Cavill Supermen rolundan getdikdən sonra məşhur kino şirkəti yeni layihələrini açıqlayıb. DC kainatını başlatacaq filmin adının "Supermen: Legacy" olacağı və ssenarinin James Gunn tərəfindən yazılacağı açıqlanıb.

Henry Cavilldən sonra yeni Supermen axtarışında olan rejissor bəzi aktyorlarla kamera testi keçirib. Namizədlər arasında David Coreswet, Tom Brittney və Nicolas Hoult kimi adlar da var .

Rejissor James Gunn yeni Supermenin David Corenswet olduğunu açıqlayıb. Supermen rolu aktyorun ilk baş rolu olacaq.

Mənbə: NTV



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu