“İrəvanla Bakı dəmir yolunun açılmasına çox yaxındır” - Paşinyan


“İrəvan və Bakı regionda dəmir yolu kommunikasiyalarının açılmasına çox yaxındırlar”.


“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında çıxışı zamanı açıqlayıb.

“Ermənistan və Azərbaycan Rusiyanın vasitəçiliyi ilə dəmir yolunun tikintisinə və bərpasına başlanılmasına çox yaxındır, bu isə regionun kommunikasiyalarının açılması deməkdir. Bildiyiniz kimi, dünən Rusiya Baş anzirinin müavini Aleksey Overçuk və Rusiya Dəmir Yollarının Baş direktoru Oleq Belozerov İrəvana səfərə gəlib. Onlar Baş nazirin müavini Mqer Qriqoryan ilə görüş keçiriblər. Vurğulamaq istəyirəm ki, biz kommunikasiyaların açılması üzrə Üçtərəfli İşçi Qrupunun ilk praktik nəticəsini əldə etməyə çox yaxınıq. Dünənki görüş Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun inşasının başlanılması barədə idi”, - deyə Paşinyan söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu