İlham Əliyev: “Azərbaycan və Aİ enerji sahəsində fəal əməkdaşlıq edir”


"Azərbaycan və Avropa İttifaqı (Aİ) enerji sahəsində fəal əməkdaşlıq edir. Bu gün imzalanmış sənəd bu sahədə gələcək əməkdaşlıq üçün bir növ, yol xəritəsidir”.


Bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen ilə görüşün yekunlarına əsasən bildirib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Aİ arasında enerji sahəsində fəal əməkdaşlıq uzun illərdir ki, davam edir.

“Bu baxımdan, yaxşı tarixə və yaxşı nailiyyətlərə malikik. Əməkdaşlıq Avropanın enerji xəritəsini tamamilə dəyişib”, - Prezident bildirib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi 2 ildən az müddətdir ki, tam gücü ilə işləyir və biz artıq bu əməkdaşlığın müsbət nəticələrini görürük.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu