ABŞ və Fransa səfirlərini Şuşaya aparmaq mümkündür - Elxan Şahinoğlu


"ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib ki, hələ də ölkəsinin Azərbaycandakı səfiri olsaydı və rəsmi Vaşinqton tərəfindən qadağa olmasaydı, Şuşadakı konfransda iştirak edərdi. Elə məsələ də Vaşinqtonun icazəsindədir".



AFN.az-ın xəbərinə görə, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib. "Şübhə etmirəm ki, ABŞ-ın hazırki səfiri Metyu Brayza kimi Şuşaya getmək istəyər, sadəcə Dövlət Departamentindən icazə yoxdur - deyən E.Şahinoğlu daha sonra deyib: "Bu buzu sındırmaq lazımdır, ağıl oyunu aparaq. Əgər ABŞ və Fransa səfirlərinin öz ölkələrinin rəsmi qurumları tərəfindən Şuşaya səfər qadağası varsa, Azərbaycan Xarici İşlər Nazirliyi Diaspora Komitəsi və ölkəmizin adı çəkilən iki ölkədəki səfirlikləri vasitəsilə ABŞ və Fransada qruplar təşkil edərək onların Şuşaya səfərlərini təşkil edə bilər. Həmin qruplara parlamentlərdəki dostluq qruplarının üzvlərini, jurnalistləri, keçmiş diplomatları, mədəniyyət xadimlərini, ictimai fəalları daxil etmək olar. Əminəm ki, ABŞ və Fransada Şuşanı ziyarət etmək, qədim şəhərimizin tarixi və gözəlliyi ilə tanış olmaq istəyən yüzlərlə şəxs var. Sadəcə, onların səfər xərclərini təmin etmək və yaxşı proqram hazırlamaq lazımdır. Şuşaya daima ABŞ və Fransa vətəndaşlarının səfərləri təşkil olunsa, Dövlət Departamentinin və Fransa Xarici İşlər Nazirliyinin Azərbaycandakı səfirlərini Şuşaya səfərlərinə icazə verməkdən başqa çarələri qalmayacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu