Vladimir Putin ikili oynayır - Politoloq


"Rusiya prezidenti Vladimir Putin Vladivostokda Şərq İqtisadiyyat Forumunda çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Birincisi, Kreml sahibinin bölgədə iqtisadi dəyəri olmayan Ermənistanın baş nazirini uzaq Vladivostokda iqtisadi foruma dəvət etməsinin məqsədi nədir? İkincisi, Kreml sahibi Vladivostokda Paşinyanla Qarabağla bağlı nəyi müzakirə edib?"


Bunu AFN.az-a açıqlamasında siyasi şərhçi Elxan Şahinoğlu bildirib. O, həmçinin Rusiya liderinin ikili rol oynamasından danışıb: “Vladimir Putin ikili rol oynayır. O, bir tərəfdən Azərbaycanla strtateji tərəfdaşlıqdan danışır, digər tərəfdən İkinci Qarabağ müharibəsindən sonra Ermənistana dəxli olmayan mövzunu bu ölkənin baş naziri ilə müzakirə edir. Putinin Paşinyandan xoşu gəlməsə də, Kreml sahibi Ermənistandan imtina etməyib, Cənubi Qafqazdakı son forpostunun Azərbaycan qarşısında tam gücsüz duruma düşməsinin qarşısını almaq istəyir“.
Siyasi şərhçi eyni zamanda bu görüşdə Paşinyanın Putindən nə xahiş edə biləcəyinə də toxunub: "Paşinyanın böyük ehtimalla Putindən xahişi bu olub ki, Rusiya hərbçiləri Azərbaycana Qarabağda qayda-qanun yaratmasına imkan verməsinlər. Rusiyalı hərbçilər alternativ yolu “dəhliz” adlandırır və əli silahlı erməni separatçılarının yol boyu hərəkətlərinə şərait yaradıblar. Bunun özü elə Azərbaycana qarşı növbəti təxribatdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu