Sergey Lavrov Ceyhun Bayramovu Rusiyaya səfərə dəvət edib


“Həm neft, yanacaq, həm də sənaye sahəsində böyük işlər görürük. Rusiyanın enerji operatorları fəal şəkildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə qoşulmağa hazırdır”.


AFN.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla fevralın 28-də Bakıda keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

“Biz ötən il Ceyhun Bayramovla iki dəfə görüşmüşük. Müzakirələrdə Cənubi Qafqazda sülh quruculuğu ilə bağlı bir çox məsələləri də müzakirə etmişik”, - deyən Rusiyanın xarici işlər naziri azərbaycanlı həmkarını Rusiyaya səfərə dəvət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu