Sorğu: Tramp Baydenə qarşı ən güclü namizəd olaraq qalır


ABŞ-ın keçmiş prezidenti Donald Tramp Monmut Universitetində keçirilən sorğuya əsasən, qarşıdan gələn prezident seçkilərində Ağ Evin hazırkı rəhbəri Co Baydenə qarşı ən güclü namizəd kimi respublikaçı seçicilər arasında mövqeyini qoruyub saxlayır.


"Respublikaçılar Partiyasına meyl edənlər də daxil olmaqla, Respublikaçı seçicilərin təxminən yarısı (45%) Trampın 2024-cü ildə Baydenə qalib gəlmək üçün mütləq ən güclü namizəd olduğunu, daha 24%-i isə onun yəqin ki, ən güclü olduğunu düşünür", - deyə keçirilən sorğunun nəticələri qeyd olunan məqalədə bildirilir.

Seçicilərin yerdə qalan 31%-i hesab edir ki, digər namizədlər siyahısından kiminsə ABŞ-ın hazırkı prezidenti üzərində qələbə qazanmaq şansı var. Eyni zamanda, Respublikaçılar Partiyasından olan 14 namizəd arasında 54% Trampın namizədliyini dəstəkləyir, Florida ştatının qubernatoru Ron DeSantis və sahibkar Vivek Ramasvami müvafiq olaraq 22% və 5% səs toplayıb.

Monmouth Universitetində keçirilən sorğu 2023-cü il iyulun 12-dən 19-dək telefon və onlayn rejimdə aparılıb və 681 respublikaçı seçicini əhatə edib. Statistik səhv təxminən 5,9 faiz bəndidir.

ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib. Tramp 2022-ci ilin noyabrında prezidentlik uğrunda mübarizəyə girəcəyini açıqlayıb. Hazırkı dövlət başçısı Co Bayden də aprel ayında "başladığını başa çatdırmaq" üçün ikinci müddətə namizədliyini irəli sürdüyünü rəsmən elan edib və kampaniya vebsaytını işə salıb. O, uğur qazansa, ikinci prezidentlik müddətinin əvvəlində 82 yaşı olacaq.

Bundan əvvəl "Fox News" kanalı sorğunun nəticələrini dərc etmişdi ki, ona görə, amerikalıların yarıdan çoxu (51%) Donald Trampı güclü lider, yalnız üçdə biri (33%) isə hazırkı dövlət başçısı Co Baydeni hesab edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu