Pekin ABŞ-ın Çin şirkətlərinə təzyiqlərındən narahatdır


Pekin ABŞ-ın Çin şirkətlərinə qarşı təzyiqlərındən narahatlığını bildirib.



Bunu Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifeng Amerikanın maliyyə naziri Canet Yellen ilə San-Fransiskoda danışıqlar zamanı bildirib.

Tərəflər Çin və ABŞ arasında iqtisadi qarşıdurmaya maraq göstərmədiklərini və yerli istehsalçılar üçün ədalətli rəqabət mühitinin yaradılması və iki xalqın rifahının yaxşılaşdırılması məqsədilə sağlam iqtisadi əlaqələrə can atdıqlarını vurğulayıblar.

Bundan əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen xüsusi əməliyyatda Rusiyaya kömək etdiyi üçün Çinə mümkün sanksiyalar barədə xəbərdarlıq edib. Amerika tərəfinin diqqəti Rusiyanın hərbi səyləri üçün vacib olan avadanlığı tədarük edən özəl Çin şirkətlərinə yönəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu