Ermənistan KTMT-dən çıxır?


“Əcəb edirik, KTMT-nin iclaslarında iştirak etmirik”.



AFN.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentində hakim “Vətəndaş sazişi” partiyasından deputat Qagik Melkonyan “Ermənistan liderlərinin KTMT iclaslarında niyə iştirak etməməsi” ilə bağlı suala cavab verərkən deyib.

“Bu, Ermənistanın KTMT-dən çıxması deməkdirmi?” sualına isə Melkonyan belə cavab verib: “Xeyr, biz getmirik”.

Xatırladaq ki, Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə söhbətində KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak etməyəcəyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu