Seul Pxenyanla hərbi razılaşmanın bir hissəsini dayandırmaq qərarına gəlib


Şimali Koreya ABŞ və müttəfiqlərinin xəbərdarlıqlarına məhəl qoymadan orbitə casus peyki göndərdikdən sonra Seul 2018-ci ildə Pxenyanla imzalanmış hərbi müqavilənin bir hissəsini dayandırmaq qərarına gəlib.



Bu barədə “Reuters” xəbər verib.

Şimali Koreya orbitə ilk casus peykini çıxardığını bildirib və yaxın gələcəkdə daha çox peyk buraxacağına söz verib.

Orbitə buraxılması barədə ilk məlumat verən Cənubi Koreya və Yaponiya hələ də peykin orbitdə olub-olmadığını yoxlaya bilməyib. Pentaqon bildirib ki, ABŞ ordusu hələ də buraxılışın uğurlu olub-olmadığını qiymətləndirir.

Böyük Britaniyada dövlət səfərində olan Cənubi Koreya prezidenti Yoon Seok-yeol Koreyalararası razılaşmanın bir hissəsinin dayandırılması qərarını təsdiqləyib.

Hərtərəfli Hərbi Saziş kimi tanınan və rəqiblər arasında gərginliyi azaltmaq məqsədi daşıyan pakt Cənubi Koreyanın keçmiş prezidenti Mun Çje İn və Şimali Koreya lideri Kim Çen In arasında 2018-ci ildə keçirilən sammitdə imzalanıb.

Lakin tənqidçilər Seulun Şimali Koreyanın sərhəddəki fəaliyyətlərinə nəzarət etmək qabiliyyətini zəiflətdiyini, Pxenyan isə razılaşmanı kobud şəkildə pozduğunu söyləyərək, ondan imtina etməyə çağırıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu