ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Netanyahu ilə görüşəcək


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Burns Misir və Qətərin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında Qəzzada atəşkəs və qarşılıqlı məhbus mübadiləsinə dair danışıqlar davam edərkən İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcək.



“The Times of Israel”in xəbərinə görə, Qəzzada əsir mübadiləsi razılaşması müzakirələri üçün Qətər Baş naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə görüşmək üçün dünən Dohaya gedən Burns təmaslarını davam etdirir.

İsrail rəsmisi bildirib ki, Burns və Netanyahu arasında görüş bu gün günortadan sonra Qərbi Qüdsdə baş tutacaq.

Maraqlıdır ki, Burnsun səfəri beynəlxalq ictimaiyyətin, xüsusən də ABŞ-ın reaksiyalarına baxmayaraq, İsrail ordusunun cənubda təxminən 1,5 milyon köçkün fələstinlinin sığındığı Rəfah şəhərinin bəzi məhəllələrini boşaltmağa başladığı günə təsadüf edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu