Ağacların kəsilməsi ilə bağlı araşdırmalar davam edir


Oğuz rayonunun Çaldaş kəndinin Türyançay Dövlət Təbiət Qoruğu ilə həmsərhəd ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb və fakt təsdiqini tapıb.


Xidmət rəisi Hikmət Əlizadə AFN.az-a bildirib ki, hazırda təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu