Azərbaycan sahibkarları ötən il 300 minə yaxın "ASAN İmza" alıb


2021-ci ildə Azərbaycanda vergi ödəyicilərinin 165 424 müraciəti üzrə 261 984 "ASAN İmza" sertifikatı verilib.


AFN.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qüvvədə olan "ASAN İmza ilə mövcud "ASAN İmza" sertifikatlarının yenilənməsi və yeni sertifikatların verilməsi elektron xidmətləri vasitəsilə vergi ödəyicilərinə 14 240 "ASAN imza" sertifikatı verilib. Dövr ərzində biznes sertifikatı əldə etmiş vergi ödəyicilərinin 51,3%-ni əvvəllər biznes tipli "ASAN imza" sertifikatı olmayan, sözügedən sertifikata ilk dəfə yiyələnən vergi ödəyiciləri təşkil edib.

Ötən ildən vergi ödəyicilərinə xidmət mərkəzlərində müraciətlərin qəbulu zamanı rəqəmsal əl imzasının tətbiqinə başlanılıb və nəticədə qəbul olunan müraciətlərin 94-95%-nin elektron formada tərtib olunması təmin edilib. Sənəd dövriyyəsinin azaldılması nəticəsində göstərilən xidmətlərin müddətlərinin və inzibati xərclərin azaldılmasına (kağız təminatına, printerlərin yenilənməsinə, kartriclərin və boyanın alınmasına, printerlərin digər sıradan çıxan hissələrinin alınmasına çəkilən xərclər), ətraf mühitin qorunmasına (ağacların kəsimi) və pandemiya dövründə sənədlər vasitəsilə virusun (COVİD-19) yayılmasının qarşısının alınmasına əhəmiyyətli dərəcədə nail olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu