Məşhur aktyor 36 yaşında gözlənilmədən dünyasını dəyişib


Koreya seriallarının ən məşhur aktyorlarından biri olan Na Çul dünyasını dəyişib.


AFN.az “Star News Korea”ya istinadən xəbər verir ki, "Vincenzo", "Zəif Qəhrəman 1-ci sinif" və "Xoşbəxtlik" kimi seriallarla tanınan aktyor Na Çul gözlənilmədən 36 yaşında vəfat edib.

Ölüm səbəbi açıqlanmasa da, onun "sağlığı pisləşdiyi üçün müalicə alarkən" dünyasını dəyişdiyi bildirilib. Aktyorun dəfn mərasimi yanvarın 23-də Seulda keçiriləcək.

Na Çul "Kiçik qadınlar", "Xəstəxana pleylist", "Bir zamanlar kiçik bir şəhər" kimi seriallarda, eləcə də 2021-ci ildə "Sinkhole" filmində rol alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu