Son həftə ərzində meşə fondu torpaqlarında 25 000-dən çox ağac əkilib


Respublikanın regionlarını əhatə edən meşəbərpa tədbirləri şənbə və bazar günləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və yerli qurumların əməkdaşlarının iştirakı ilə Zaqatala, Şəki, Bərdə və Şabran rayonlarında keçirilib, 11 500 müxtəlif növ ağac tingi əkilib, 270 kiloqram toxum səpilib.


AFN.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

“Son həftə ərzində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə meşə fondu torpaqlarının açıq və seyrək sahələrində ümumilikdə 25 000-dən çox müxtəlif növ ağac tingi əkilib, 580 kiloqram toxum səpilib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu