Azərbaycan finala keçə bilmədi


Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Liverpul şəhərində "Avroviziya-2023" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.


AFN.az-ın məlumatına görə, gecədə 15 ölkənin təmsilçisi mahnılarını səsləndirib.

Yarışmada "Tell me more" mahnısını ifa edən təmsilçilərimiz Turan və Tural Bağmanovlar finala çıxa bilməyib.

Lakin finalda Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç səhnə alacaq.

Qeyd edək ki, yarışmanın ikinci yarımfinalı mayın 11-də, final isə mayın 13-də keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu