KİV: Rusiya benzin ixracına qadağa qoymağı düşünür


Rusiya hökuməti neft emalı zavodlarına subsidiyaların azaldılması qərarından sonra daxili bazarda yanacaq qıtlığının və qiymət artımının qarşısını almaq üçün benzin ixracına qadağa qoymağı nəzərdən keçirir.


AFN.az-ın məlumatına görə, bu haqda "Reuters" sənaye və hökumət mənbələrinə istinadən xəbər verib. Agentliyin mənbələri həmçinin bildiriblər ki, hökumət əmtəə birjasında benzinin məcburi satışının həcmini artıra bilər.

Rusiya Energetika Nazirliyi "Reuters"in sorğusuna cavab verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu