Türkiyədə prezident seçkisinə xaricdə səsvermə bu gün başa çatır


Türkiyədəki prezident seçkisinin ikinci turunda xaricdə qeydiyyatda olan 1 733 940 seçici səs verib.


Bu barədə Türkiyənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Xarici nümayəndəliklərdə səsvermə prosedurları bu axşam başa çatacaq, gömrük-keçid məntəqələrində isə 28 may saat 17:00-a qədər davam edəcək.

Bu il xaricdə 3 416 098 türkiyəli seçicinin qeydiyyatda olduğu 73 ölkədə seçki qutuları qurulub. Bəzi ölkələrdə səsvermə prosesi başa çatıb. ABŞ, Almaniya, Belçika, Böyük Britaniya və Şimali Kipr Türk Respublikası da daxil olmaqla 16 ölkədə seçicilər səs verməyə davam edirlər.

Səs bülletenləri MSK-nın müəyyən etdiyi üsullarla yüksək təhlükəsizlik şəraitində diplomatik kuryerlər vasitəsilə Türkiyəyə gətiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu