Rusiya təmsilçiləri İstanbuldakı “Taxıl sazişi” üzrə Əlaqələndirmə Mərkəzini tərk edib


Rusiya təmsilçiləri Türkiyənin İstanbul şəhərində yerləşən “Taxıl sazişi” üzrə Birgə Əlaqələndirmə Mərkəzini tərk edib.


“Report” xəbər verir ki, sənəd qüvvədən düşdüyü üçün Rusiya nümayəndə heyəti də mərkəzdəki fəaliyyətini başa vurub.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu.

Rusiya iyulun 17-də "Taxıl sazişi"nin müddətinin başa çatmasını əsas götürərək, sənədin vaxtını uzatmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu