Rusiya Ukraynaya 20 raket hücumu edib, 12 kalibr raketi məhv olunub


Ukrayna Baş Qərargahı Rusiyanın Ukraynaya 20 raket hücumu təşkil etdiyini və 12 Kalibr tipli raketin vurulduğunu bildirib.


Baş qərargahdan edilən şərhdə, Rusiyanın son 24 saatda Ukraynaya etdiyi raket və hava hücumları haqda məlumat verilib.

Rusiya ordusunun son sutka ərzində Ukrayna ərazisinə 20 raket hücumu təşkil etdiyi bildirilən açıqlamada 12 “Kalibr” raketinin hava qüvvələrinin raketdən müdafiə bölmələri və təyyarələri tərəfindən məhv edildiyi bildirilir.

Açıqlamada Rusiya qüvvələrinin Ukraynaya 62 hava hücumu təşkil etdiyi, Rusiya ordusunun 4 "Şahed" tipli pilotsuz uçuş aparatından istifadə etdiyi və bunların hamısının məhv edildiyi bildirilib.

Açıqlamaya görə, Rusiya hərbçiləri Ukrayna əsgərlərinin mövqelərini və yaşayış məntəqələrini çoxlüləli raket sistemlərindən 68 dəfə atəşə tutub, hücumlar nəticəsində ölən və yaralananlar olub, mülki infrastruktur obyektləri dağıdılıb.

"Son 24 saat ərzində cəbhə xəttində Rusiya və Ukrayna hərbçiləri arasında 30-dan çox toqquşma baş verib" - deyə qeyd edilir.

Ukrayna Hərbi Hava Qüvvələrinin rus əsgərlərinin cəmləşdiyi əraziləri son gündə 7 dəfə bombardman etdiyinə diqqət çəkən Ukrayna raket və artilleriya birlikləri həmçinin Rusiyanın 2 komanda mərkəzini, 5 hərbi qüvvəsini, silah və texnika toplama sahələrini, artilleriya vasitələrini məhv edib. 4 atəş nöqtəsi və 5 sursat anbarı məhv edilib və radioelektron döyüş stansiyasının dağıdıldığı barədə məlumat paylaşılıb.

Ukrayna prezidenti Vladimir Zelenski də sosial media hesabında Rusiyanın dünən gecə Xarkov vilayətinin Kupyansk şəhərində qanköçürmə mərkəzini idarə olunan hava bombası ilə vurduğunu bildirib və əlavə edib ki, ölənlər və yaralılar var.

Ukrayna hakimiyyəti hücumlar nəticəsində ölən və yaralananların sayı barədə hələlik məlumat verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu